Vətəndaşlardan qanunsuz silah sursat götürüldü

08.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, oktyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 3 tüfəng, 5 patron darağı və 120 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью