Vətəndaşların aylıq xərcləri 31 manat bahalaşıb

11.07.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 482,8 manat olub.

Dövlət Statistika Komitəsindən  Sherg.az-a verilən məlumata görə, bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 37,1 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.

2025-ci ilin yanvar-iyun aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,9 faizi ərzaq məhsulları, içkilər təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью