Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Melissa Group”un vətəndaşların evini dağıtdığına dair görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
Hollivud filmlərini xatırladan bu hadisə cəmiyyət tərəfindən kəskin şəkildə pislənilib.
Artıq aidiyyatı qurumlar hərəkətə keçib və hadisə ilə bağlı tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.
Bəs görəsən, bu qanunsuzluqda adı hallanan “Melissa Group”un sahibi kimdir?
KONKRET.az sosial media resurslarında araşdırma aparıb və məlum olub ki, “Melissa Group” şirkəti tanınmış iş adamı Qalib Məmmədova məxsusudur.
Qalib Məmmədov əslən Masallı rayonundandır və 1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirib.
O, “Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” v