Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Ağsu Rayon Məhkəməsində məsləhətçi işləyən Ayxan Cəfərov işdən çıxarılıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, onun barəsindəki şikayətlərdən sonra işdən çıxarılması qərara alınıb.
Ayxan Cəfərovun Ağsu Rayon Məhkəməsinin sədri Babək Qasımovun qohumu olduğu iddia edilir.
Məlumatla bağlı Ağsu Rayon Məhkəməsi əlaqə saxlamağa cəhd etsək də, nəticəsi olmadı.
İsrarlı zənglərimizə baxmayaraq məhkəmənin telefonları "susdu".
Xatərladaq ki, bir müddət əvvəl Laçın rayon sakini Tohid Ağamalıyev və Goranboy rayon sakini Sürəyya Qurbanova Babək Qasımovla Ayxan Cəfərov barəsində Məhkəmə-Hüquq Şurasına şikayət etmişdi.
Onların şikayətləri mediada dərc edilmişdi. Vətəndaşlar bildirirdi ki, Babək Qasımov Ayxan Cəfərov vasitəsilə dələduzları himayə edir: "Ağsu
Ayxan adlı qohumunu da hakim otağının girişində əyləşdirib.