Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyada qeyri-müəyyənliklər artdıqca başqa ölkələrin vətəndaşlığını almaq üçün müraciət edənlərin də sayı artır.
Avtosfer.az Almaniyanın “Die Zeit” nəşrinə istinadla xəbər verir ki, qlobal pasport bazarı sürətlə genişlənir. Hazırda 50-dək ölkə öz pasportlarını və uzunmüddətli yaşayış icazələrini satışa çıxarıb. Coğrafiya və qiymətlər də kifayət qədər fərqlidir.
Məsələn, Hondurasın müvəqqəti vizası üçün 4375 avro, Sinqapurda daimi yaşamaq üçünsə 6,7 milyon avro ödəmək lazım gəlir. Bundan başqa, Türkiyə vətəndaşlığı 355 min avro, Monako vətəndaşlığı isə 500 min avrodur.
Avropalı ekspertlərin fikrincə, qloballaşma tendensiyası 20 il əvvəlkindən fərqli olaraq indi milyarderlərlə yanaşı, orta təbəqə üçün də əlçatandır. Çox pasport əldə etməklə insanlar özlərini mümkün risklərdən qorumaq istəyirlər.
Bununla belə, bazar şəffaf deyil, korrupsiya və qanunlardakı boşluqlardan sui-istifadə geniş yayılıb.
Vüqar