“Vətənə 3 xalla dönəcəyimizə inanıram”

03.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov sabah UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi hədəflərinin qələbə olduğunu deyib:

“Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Vətənə 3 xalla dönəcəyimizə inanıram. Özüm isə ağır zədədən sonra optimal forma yığmağa çalışıram. Əvvəlkindən də yaxşı formaya düşmək üçün əlimdən gələni edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью