Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Eminqueyin "Uşaqların virtual istismarı" köşəsini təqdim edir.
“Kim ki heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq”.
Çarli Çaplin Afrikada susuz qalan, qarnı aclıqdan köpmüş-kökəlmiş uşaqların taleyinə baxanda düşünürsən ki, tutalım, bu uşaq Günəşli sabahların birinə sağ çıxdı, taleyin bu oyununda qalib gəldi, sonrası nə olacaq?
Axı bu uşaq oyuncaqları ilə oynamalı, çupaçupsunu sovurmalı idi?!
Uşaqlığını yaşamağa fürsəti olmayan bu ağ vərəqlər fələyin cızmaqarasını necə düzəldəcək?
Düşünüb, düşünüb nəhayətdə özünə, coğrafi taleyinə şükür edirsən. Afrikada, Yəməndə, Suriyada da doğula bilərdim.
Amma nə təəssüf ki, bu xoşbəxtliyi əlinin tərsiylə itələyib, uşağının uşaq kimi böyüməsini istəməyən, övladına kostyumlu-qalstuklu tale biçən, həyatının ritmini mənşəyi bilinməyən, əcaib-qəraib sədalara kökləyən atalar, analar var bu məmləkətdə.
Məşhur olmaq xəstəliyi, pula hərislik, yaxşısını pisdən seçə bilməmək, zövqsüzlük – adını nə qoysaq da, nəticənin bir adı var – uşaq istismarı.