Vətənpərvər gənclik üçün... | Icma.az
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gənclərimizin milli və bəşəri ruhda yetişdirilməsi borcumuzdur Müasir dövrdə gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi mühüm əhəmiyyət daşıyır.
Bu mənada, gənc nəslin psixoloji, mənəvi baxımdan hərbi xidmətə hazırlanması vacib məsələlərdəndir.
Məlumdur ki, vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir.
Vətəni sevmədən, qorumadan, ata-babalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər övlad yetirmək olmaz.
Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə istiqamətləndirən ən güclü, mənəvi, əxlaqi hissdir.
Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır.
Vətən torpağı hər birimiz üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.
Tam oxu
Xəbəri oxu