Vətənpərvərlər İctimai Birliyinin sədri həbs edildi

08.10.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edilib.

Lent.az sosial mediaya istinadən xəbər verir ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar. 

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların həbsi barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, "Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə bundan əvvəl, 2023-cü ildə də həbs edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью