Veteran cüdoçuların LasVeqas sınağı İdman və Biz

04.11.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Las-Veqasda veteranlar arasında dünya çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda rekord sayda - 68 ölkənin təmsilçiləri mübarizə aparacaqlar.

ABŞ-da 1500-ə yaxın veteran idmançı öz gücünü yoxlayacaq. Azərbaycan yığmasının heyətində 25 cüdoçu yer alıb. Onlar arasında 11 qat dünya və 10 qat Avropa çempionu Fərhad Rəcəbli də var. Qadınlar arasında isə tanınmış idmançı Zülfiyyə Hüseynova yarışacaq.

Qeyd edək ki, çempionata noyabrın 11-də yekun vurulacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью