Veteran futbolçu: “Santuşun, De Byazinin səviyyəsi var?”

21.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunu bir xalla sonuncu sırada bitirib. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv son olaraq İsveçə səfərdə böyük hesabla uduzub – 0:6.

Veteran futbolçu Novruz Əzimov “FutbolPress“ə açıqlamasında millinin nəticələrini belə şərh etdi:

“Nəticə heç nə, faicə. Bunun adı biabırçılıqdır. Futbolçular meydana sanki futbol oynamağa çıxmamışdı. Kifayət qədər səhvlər oldu. Günahkar baş məşqçi Santuş və onu gətirənlərdədir. Meydanda nə sistem var idi, nə taktika. Sanki Premyer Liqa klubu ilə II Liqa komandası üz-üzə gəlmişdi”.

Azərbaycan futbolunun biabırçı hala gətirildiyini deyən mütəxəssis günahkarları da söylədi:

“Zamiq Əliyevi meydana buraxmaq lazım deyildi. Göründü ki, bu adam hazır deyil. Nə üçün oyuna buraxırsan? O da səhvlər edir. Bəhlul Mustafazadə uşaq səhvləri buraxdı. Topu sol ayağı ilə çıxara bilmir. Çox danışmaq olar, lakin nə desək boşdur. Bizim sözlərimizə əhəmiyyət verilmir. Vaxtında dedik ki, yerli məşqçi təyin edilməlidir, amma gətirmədilər. Deyirlər ki, azərbaycanlı məşqçilərin səviyyəsi yoxdur. Bu, nə deməkdir? Santuşun, De Byazinin səviyyəsi var? Nəticələr göz qabağındadır. Azərbaycan futbolunu aşağıladılar. Günahkar da məşqçidə və onu bura gətirənlərdədir”.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Neftçi”ni birmənalı olaraq yerli məşqçi çalışdırmalıdır”

9 Oktyabr 2024, 14:14

Əsas xəbərlər, Ölkə futbolu “Müdafiəyə diqqət artırılsa, komanda daha yaxşı ola bilər”

6 Sentyabr 2024, 14:07

Əsas xəbərlər, Ölkə futbolu Millinin sabiq futbolçusu Santuşun təyinatına şərh vermək istəmədi

14 İyun 2024, 11:47

Ölkə futbolu “Neftçi”də hamı öz işi ilə məşğul olmur” – Novruz

11 İyun 2024, 14:25

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Azərbaycan futbolu o qədər inkişaf etməyib ki…” – Novruz

14 May 2024, 17:00

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью