Veteran hücumçudan “Şalke”yə “hə”

26.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko “Şalke” ilə yeni müqavilə imzalamağa razılıq verib.

Futbolpress.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin xəbərinə görə, bu yay azad agent statusu ilə Almaniya klubunu tərk edən 40 yaşlı forvard daha bir mövsüm Gelzenkirxen təmsilçisində qalacaq. Ceko A Seriyası və MLS-dən gələn təklifləri geri çevirib.

Təcrübəli hücumçu “Fiorentina” ilə müqaviləsi başa çatdıqdan sonra, 22 yanvar 2026-cı ildə “mədənçilər”in heyətinə keçmişdi. O, 2025/26 mövsümündə meydana çıxdığı 29 matçda 8 qol vurub və 3 məhsuldar ötürmənin müəllifi olub.

“Transfermarkt” portalı veterann hücumçunun transfer dəyərini 1 milyon avro qiymətləndirir.

“Şalke” 2025/26 mövsümündə topladığı 70 xalla 2-ci Bundesliqanın qalibi olaraq Almaniya elitasına qaydıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью