Veteran idmançılar arasında cüdo yarışı keçirilib

18.09.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində veteran cüdoçular arasında yarış keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yarışın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov veteran cüdoçulara uğurlar arzulayıb.

Ardınca Azərbaycan idmanının inkişafında mühüm xidmətləri olan bir qrup veteran idmançı təltif olunub. Proqram milli rəqslərin ifası ilə davam edib.

Rəsmi hissədən sonra cüdo yarışının finallarına start verilib. Sonda qaliblər mükafatlandırılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью