VETERAN JURNALİSTİN CAVAN ARZULARI... | Icma.az
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Akif CABBARLI, Yazıçı-publisist, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru *** İyulun 22-də ölkəmizdə Milli Mətbuatımızın 150 illiyi qeyd olunacaq.
Azərbaycanın çoxəsrlik tarixinə, xalqımızın keşməkeşli taleyinə geniş spektrdə işıq salan, ictimai-siyasi həyatımızı, adət-ənənələrimizi, bütün sahələrdə möhtəşəm quruculuq fəaliyyətini salnamələşdirən professional jurnalistikamızın bayramını qeyd edənləri bu sahədə artıq 50 il fəaliyyət göstərən qələm adamı kimi mən də ürəkdən təbrik edirəm.Milli mətbuatımızın klassik ənənələrə sadiqlik prinsipləri, saflıq, dürüstlük zəminində inkişafı, cəmiyyətin ləkəsiz aynasına çevrilmək cəhdləri dövlətimiz tərəfindən daim dəstəklənir, yaxşı nə varsa, hamısı yüksək səviyyədə dəyərləndirilir.
Redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, qəzetlərin çap xərclərinin azaldılması, borcların silinməsi ilə bağlı vaxtilə Ulu öndər Heydər Əliyevin atdığı addımlar bu gün də ölkə rəhbəri İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir.
Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlər dünyada analoqu olmayan yaxşılıq və hörmət əlaməti, xeyirxahlıq missiyası kimi qiymətləndirilir.Yaxşı xatırlayıram, ötən əsrin 70-80-ci illərində şəhər ziyalıları, dövlət qulluqçuları, xüsusən də tələbə - gənclər paytaxtın küçə və meydançalarında quraşdırılmış qəzet vitrinlərinin qarşısında mütləq ayaq saxlayar, Moskvada və Bakıda nəşr olunmuş nüfuzlu mətbuat orqanlarının aktual mövzuda maraqlı yazılarını elə ayaqüstəcə oxuyardılar.
Təbii ki, o vaxt abunə yazılışı da həyata keçirilirdi və hər kəs istədiyi, arzuladığı qəzet-jurnalı axşamlar evlərində mütaliə edərdi.
Rəsmi dövlət qəzetlərində, eləcə də sahə nəşrlərində hər bir oxucunun ürəyincə olan, maraq dünyasına uyğun yazılar tapmaq mümkün idi.
Təbii ki, bu gün də ölkəmizdə nəşr olunan qəzet və jurnallarda, saytlarda və xəbər portallarında günümüzlə səsləşən, qəlbimizdən keçən mövzular çoxdur və yüksək professionallıqla qələmə alınan yazılar qədərincədir.
Tam oxu
Xəbəri oxu