Veteran pulu artırılır? Rəsmi açıqlama

12.11.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteranlara verilən 80 manat aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.

“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью