“Veteranlarımız” FOTO

26.08.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Aparatında təşkilatın “Veteranlarımız” layihəsi çərçivəsində bir qrup partiya veteranının yubileyi münasibətilə görüş keçirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yubilyarları təbrik edərək, onlara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Seyfəddin Əliyev çıxışında partiya veteranlarının Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin təbliğində, eləcə də Yeni Azərbaycan Partiyasının sədri, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin dəstəklənməsində göstərdikləri mühüm xidmətlərdən bəhs edib. O, veteranların uzun illər ərzində partiyanın fəaliyyətində fəal iştirak etdiklərini, ictimai-siyasi proseslərdə fəallıq göstərərək partiyanın ideya və prinsiplərinin təbliğinə mühüm töhfələr verdiklərini vurğulayıb. Qeyd edib ki, partiya veteranlarının zəngin təcrübəsi və çoxillik fəaliyyəti gənc nəslin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlı şəkildə formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Görüşdə YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev yubilyarları təbrik edərək, onlara möhkəm can sağlığı və uzun ömür arzulayıb.Yubilyarlar – Əhməd Əhmədov, Aləddin Məmmədov, İmran Tahirov, Sevindik Becanlı, Elşən Bəşirzadə, Əhməd Məmmədov, Əlibaba Nəbiyev və Vaqif Qənbərov göstərilən diqqət və qayğıdan
məmnunluqlarını ifadə edərək, görüşün təşkilinə və onlara göstərilən səmimi münasibətə görə təşəkkürlərini bildiriblər.

Sonda veteranlara YAP Masallı rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью