Veteranların müavinətləri artırıla bilər?

27.11.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"2019-cu ildən Azərbaycanda müharibə veteranlarına 80 manat müavinət ödənilir, lakin bu həcm günün reallığına cavab vermir".

Milli.Az xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Millət vəkili veteranların müavinətlərinin artırılmasını təklif edib:

"O vaxtdan 5 il keçib, biz artıq qalib xalqıq. Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş veteranlarımızın hər biri qəhrəmandır. Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki dəyərində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da o vaxtlar təxminən 70 ABŞ dolları edirdi və bu məbləğ bugünkü ekvivalenti ilə 120 manatdır. Bunu da nəzərə almaq lazımdır".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью