Veynaldum “Əl İttihad”a keçib RƏSMİ

07.09.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Futbol üzrə Niderland millisinin sabiq yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu “Əl-İttihad”la 1 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Feyenord”, PSV, “Nyukasl”, “Liverpul”, PSJ və “Roma” kimi klubların formasını geyinib.

Veynaldumun ən uğurlu dövrü “Liverpul”da keçib. O, İngiltərə təmsilçisi ilə Çempionlar Liqasının, Premyer Liqanın, klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub.

Qeyd edək ki, Veynaldum Niderland millisinin heyətində 96 oyun keçirib və 28 qol vurub. O, həmçinin 2014-cü il dünya çempionatında bürünc medal qazanıb.

Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşüb - FOTO Əlcəzair millisində yeni baş məşqçi Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Neymar ZƏDƏLƏNDİ “Qalatasaray” zədəli futbolçuları ilə bağlı açıqlama yayıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью