Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə onkoloq, mammoloq Maqomed Sulimanov danışıb.
Həkimin sözlərinə görə, aromatik buxarların müntəzəm şəkildə tənəffüs edilməsi orqanizmdə toksik yükü artırır. Veyplərin tərkibində asetaldehid və akrolein kimi təhlükəli kanserogen maddələr mövcuddur.
“Elm sübut edib ki, bu maddələr süd vəzi toxumalarında xroniki iltihaba səbəb ola, oksidləşdirici stresi gücləndirə və hüceyrələrin DNT-sinə zərər verə bilər. Zamanla belə mutasiyalar bədxassəli şişlərin yaranmasına gətirib çıxarır”, – deyə onkoloq vurğulayıb.
Sulimanovun sözlərinə görə, veyp istifadəsi süd vəzi xərçəngi diaqnozu qoyulmuş qadınlar üçün də əlavə təhlükə yarada bilər. O qeyd edib ki, son araşdırmalar veyp aerozolunda olan kanserogenlərin şişin ağciyərlərə daha sürətlə metastaz verməsinə səbəb ola biləcəyini göstərib.
Bu səbəbdən həkim veypləri ənənəvi siqaretə təhlükəsiz alternativ hesab etməməyi tövsiyə edib. Onun fikrincə, sağlamlığın qorunması üçün həm siqaretdən, həm də aerozol tərkibli məhsullardan tamamilə imtina etmək lazımdır.
Həmidə İbrahimova