Veyp Selena Qomezin səsini dəyişdi

21.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Dünyaca məşhur müğənni Selena Qomez elektron siqaretdən istifadəni dayandırmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu addımı atmasına səbəb səsində baş verən dəyişiklik olub.

Qomez zərərli vərdişdən tamamilə uzaqlaşmağa ümid etdiyini söyləyib. Müğənni uzun müddət veypdən tez-tez istifadə etdiyini və bu vərdişdən qurtulmağın onun üçün çətin olduğunu etiraf edib.

“Sadəcə demək istəyirəm ki, siqaret çəkirsinizsə və ya heç olmasa bir dəfə veyp sınamısınızsa, bilin ki, buna dəyməz. Bu, çox mənasızdır. Səsim dəyişib. Əgər səsimi dinləmək xoşunuza gəlmirsə, bunu anlayışla qarşılayıram. Sadəcə, məni dinləməyin” deyə, sənətçi bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью