Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03.02.2026

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər saatlarında Gəncə şəhərində bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Oxu.Az Matc.az-a istinadən xəbər verir ki, "Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevin xəsarət aldığı insident zamanı onun yanında olan şəxsin kimliyi müəyyənləşdirilib.

Əlbəyaxa davada iştirak edən digər şəxs Gəncə təmsilçisinin sabiq futbolçusu Nihat Fərəcidir. "Kəpəz"in yetirməsi olan Fərəci hazırda icarə əsasında "Şəki Siti" klubunun formasını geyinir.

Qeyd edək ki, 22 yaşlı vinger 2015-ci ildə "Mançester Yunayted"in Yay Futbol Məktəbində iştirak edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə futbolçuların iştirakı ilə insident baş verib. Nəticədə Veysəl Rzayev bıçaq xəsarəti alıb. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu qoyulub. Hazırda futbolçunun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью