Veysəllə bağlı növbəti xəbər Tovuz şəhər stadionu boş qala bilər!

10.04.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

29-cu turun “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan qalmaqaldan xəbərdarsız. Tovuz klubunun azarkeşlərlə dalaşan Veysəl Rzayevi cərimələdiyini də xəbər vermişdik.

İndi maraq doğuran başqa sual var: Bayılda yaşananlar tovuzlu azarkeşləri “Turan Tovuz”dan soyutmayacaq ki? Axı şənbə günü “Sabah”ı qəbul edəcək Tovuz klubu yenə azarkeş dəstəyinə ehtiyac duyur.
“Ultras Turan”ın rəhbəri Kamal Saqqayevə müraciət etdik: klubun Veysəl Rzayevlə bağlı qərarı sizi razı saldımı? Tribunaları dolduracaqsız, yoxsa Veysəllə bağlı qərara görə hansısa narazılıq qaldı? Onun “Football-plus.az”a cavabı:

“Biz həmişə “Turan Tovuz”un yanındayıq. Klub ona lazımi cəzanı verib. İstəməzdik ki, belə hal baş versin”.

ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью