Vəzifədən azad edilən generalın yerinə təyinat oldu

11.03.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью