GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prfezident İlham Əliyev Teymur Mehdiyevi fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edib.
Globalinfo.az Teymur Mehdiyevin dosyesini təqdim edir:
Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstanın Abxaziya bölgəsində, Suxumi şəhərində anadan olub. 1982–1992-ci illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə oranı bitirib.
O, qısa müddət ərzində Azərbaycanın demək olar ki, bütün əsas strukturlarında çalışıb:
1997–1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyi, 1999–2001-ci illərdə Daxili İşlər Nazirliyi, 2001–2004-cü illərdə Xarici İşlər Nazirliyi, 2004–2006-cı illərdə Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini, 2011–2014-cü illərdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini olub.2014-cü ildə Fövqəladə Hallar nazirinin müavini təyin olunub və ona general-mayor rütbəsi verilib. 2018-ci ildə isə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehdiyevə salam verən deputatlar, sabiq vəzifəlilər onunla birgə media və istintaq hədəfinə düşdüyü halda, general-mayor oğlunun, onu himayə edən K. Heydərovun hər şeydən kənarda qalması təəccüb doğurur.