Vəzifəli adamların gurultulu məhkəmə prosesləri dövlətin qətiyyətini göstərir | Icma.az
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda 2003-cü il noyabrın 1-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalanmaq üçün açıq elan edilmişdi.
Bu sənədi imzalayan dövlətlər rüşvətləri, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin təmizə çıxarılmasını cinayət elan etməyə borcludurlar.
Konvensiyanın müddəalarından birinə görə vəsaitlər korrupsiya nəticəsində hansı ölkədən daxil olmuşdursa, həmin ölkəyə qaytarılmalıdır.
Millət vəkili Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bildirib ki, korrupsiya istənilən dövlət və cəmiyyət üçün təhlükəli bir bəladır: “Korrupsiyaya qarşı mübarizə tarix boyu əsas məsələlərdən biri olub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusilə də Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə korrupsiya ilə mübarizənin səmərəli sisteminin yaradılmasına böyük əhəmiyyət verildi.
Demokratik Azərbaycanda konstitusiya qəbul edildi, özünü nəzarət sistemi tətbiq edildi, üç pilləli məhkəmə sisteminin yaradılması, insan hüquq və azadlıqlarının bərqərar olması korrupsiya ilə mübarizədə çox mühüm addım oldu.
Eyni zamanda korrupsiya yaradacaq mənbəyi olan şəraitlərin aradan qaldırılması da əhəmiyyətli məsələyə çevrildi”.
Tam oxu
Xəbəri oxu