Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Rauf Vəliyevin ailə çevrəsi ilə bağlı ictimai rezonans doğuran məlumatlar üzə çıxıb.Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, məlumatlar dəqiqləşdirilib və bir neçə mənbə tərəfindən yoxlanıldığı bildirilir.
Söhbət birbaşa sabiq yüksək vəzifəli məmurun özündən deyil, onun birinci dərəcəli qohumu olan şəxsin şəxsi və ailə münasibətlərindən gedir.
Məlumata görə, Rauf Vəliyevin qardaşı oğlu Anar Vəliyev Rusiya vətəndaşıdır və uzun illərdir Moskvada yaşayır.
Bildirilir ki, Anar Vəliyev artıq 10 ildən çoxdur erməni əsilli Karina Navasardyanla qeyri-rəsmi, yəni vətəndaş nikahında yaşayır və bu münasibətdən bir övladları var.
Qeyd olunur ki, Anar Vəliyev müxtəlif illərdə Azərbaycanda bir neçə dəfə nişanlansa da, nəticədə hər dəfə bu nişanlar pozulub və o, erməni ailəsini üstün tutub.
Anarın Moskvadakı "kruqu"Mənbələrin iddiasına əsasən, Anar Vəliyev Rusiya xüsusi xidmət orqanlarına yaxın çevrələrlə əlaqələrə malikdir və eyni zamanda erməni diaspor strukturları ilə təmasdadır.
Bildirilir ki, onun şəxsi həyatında ciddi nəzarət rejimi mövcuddur.