Vəzifəli şəxs küçədə vətəndaşı döydü TƏFƏRRÜAT

15.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib.

Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev (soyad şərtidir) küçə ilə gedərkən çiyni həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə, Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla zərbə endirib. Samir xəsarətlə xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Məhkəməyə qədərki dövrdə Cəmaləddin Samirə dəymiş ziyana görə təzminat ödəyib və barışıq əldə edib. Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq cinayət işinə xitam verib.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью