Vəzifəli şəxsi maşın vurub öldürdü Foto

08.01.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonunun Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında 49 yaşlı Məmişov Ceyhun Vaqif oğlunu maşın vurub.

O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bildirilib ki, əslən Kəlbəcər rayonundan olan Ceyhun Məmişov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bağlar Sukanal İdarəsində şöbə rəisi vəzifəsində çalışırmış.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью