Vəzifəli şəxsin ailə üzvü məhkəmə zalında Faizə pul, yoxsa... | Icma.az
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
46 nəfərdən dəyərindən qat-qat aşağı qiymətə aviabilet təşkil etmək adı ilə xüsusi külli miqdarda pul alan qadının məhkəmə prosesinin istintaqı yekunlaşıb.
Mia.az "Unikal"a istiandla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mələk Zeynalovanın məhkəməsində zərərçəkən Ağazadə Natəvan İnqilab qızı ifadə verərək bildirib ki, Mələkdən ilk dəfə Dubaya getmək üçün çox ucuz qiymətə bilet aldım, hardasa 1000 manata: "Özünü bizə AZAL-ın mühasibi kimi təqdim etmişdi.
AZAL-da Nuranə xanım Şəfiyeva vasitəsilə ucuz bilet götürürdü. Biz pulu Nuranə xanımın kartına göndərirdik.
Sonra dedi ki, mənə pul verin 2-3 günə qaytaracam, ucuz bilet alıb baha qiymətə satacam. 116 min ümumilikdə pul alıb biznes adı ilə.
Üstündə bizə də hörmət edirdi. Anam Sevda ilə mənə hardasa 20 minə yaxın pul qaytarmalıdır".
Qeyd edək ki, Mələk Zeynalovaya faizə pul verdiyini etiraf edən Natəvan Ağazadə TƏBİB-in Koordinasiya Şurasının sədri Mübariz Ağayevin gəlinidir.
Mübariz Ağayev uzun illər Lerik Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işləyib sonra isə TƏBİB-ə yüksək vəzifəyə təyin olunub.
Tam oxu
Xəbəri oxu