Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Xatirə İslam növbəti açıqlaması ilə gündəmə gəlib.Bizim.Media olay-a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində imkanlı şəxslərin məclisində iştirak edən bayağı ifaçılardan söz açıb.Xatirə bildirib ki, həmin şəxslər bayağı mahnı ifa edən müğənniləri öz məclislərinə gülmək üçün deyil bu cür mahnıları əslində bəyəndikləri üçün dəvət edirlər: “Sənət yoldaşlarımı heç zaman “bayağı” adlandırmıram.
Onları çalışıram hər zaman yüksəkdə tutum. Amma onlar gərək oxuduqları mahnıların sözlərini fikir versinlər ki, sonra gülüş obyektinə çevril
İmkanlı və vəzifəli şəxslər “bayağı” dedikləri müğənniləri öz məclislərinə dəvət edirlər.
Onlar o ifaçıları öz aləmində gülmək üçün məclislərinə çağırırlar. Amma heç nəyi gizlətmək lazım deyil. Hər bir insanın içindəki o istəkdir.
Siz qulaq asmaq istəyirsiniz o “bayağı” musiqilərə mənim əzizlərim, tanışlarım, bildiklərim.
Bu musiqi elə bir şeydir ki, ona zorla qulaq asmaq mümkün deyil.
Siz istəyirsiniz, sadəcə olaraq ətrafınıza, iş yoldaşlarınıza utanırsınız deməyə ki, “mən filankəsi dinləyirəm”.