Vəziyyət getikcə pisləşir, müharibə genişlənəcək Qrebenşikov

26.01.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynadakı vəziyyət getdikcə pisləşir və münaqişənin genişlənməsi riski istisna edilmir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasətin Planlaşdırılması Departamentinin direktor müavini Vsevolod Qrebenşikov “Beynəlxalq Əlaqələr” jurnalında dərc olunmuş məqaləsində bildirib.

Diplomat qeyd edib ki, Ukraynadakı mövcud vəziyyətin ağırlaşması fonunda NATO ölkələrinin münaqişəyə cəlb olunması və onun coğrafiyasının genişlənməsi təhlükəsi qalmaqdadır.

“Ümumilikdə, Ukraynadakı vəziyyət daha da pisləşməkdə davam edir, NATO ölkələrinin münaqişəyə cəlb olunması və onun coğrafi genişlənməsi riskləri mövcuddur”, — deyə Qrebenşikov vurğulayıb.

Onun sözlərinə görə, Kiyev öz strategiyasını formalaşdırarkən Qərbin Ukraynaya uzunmüddətli hərbi və maliyyə dəstəyi göstərəcəyinə ümid edir. Eyni zamanda, diplomat hesab edir ki, Avropa ölkələrinin Rusiya ilə birbaşa münaqişəyə cəlb edilməsi Ukrayna üçün ideal ssenari kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью