Vəziyyət kəskinləşir Paşinyan o ölkə ilə əlaqələri kəsir | Icma.az
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan hökuməti Belarusla diplomatik əlaqələrin kəsilməsini müzakirə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Nə Baş nazir Nikol Paşinyanın aparatı, nə də Ermənistan Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonun son bəyanatlarına cavab verib.
Yarım ildir Ermənistandan Belarusa heç bir rəsmi səfər olmayıb.
İrəvan öz səfirini Minskdən geri çağırıb, buna səbəb Lukaşenkonun 44 günlük müharibədə Azərbaycanın qələbəsini dəstəkləməsi olub.
Rəsmi mənbənin bildirdiyinə görə, bu günlərdə Ermənistan-Belarus diplomatik əlaqələrinin kəsilməsi məsələsi müzakirə olunur.
Digər yandan, Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinin icazəsi olmadan belə bir bəyanat verməyəcəyini də anlayırlar”, - erməni nəşri yazıb.
Tam oxu
Xəbəri oxu