Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

17.09.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalqımızın şanlı tarixində mühüm yer tutan antiterror tədbirlərindən üç il ötür. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu beynəlxalq hüquq və milli qanunvericilik çərçivəsində Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur etdi. Cəmi 23 saat ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

O bildirib ki, 2020-ci ilin noyabrında İrəvanın imzaladığı kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi:

“Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər. Azərbaycanın konstruktiv çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar “müstəqillik” iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Eyni zamanda, erməni separatçıları tez-tez hərbi təxribatlar törədirdilər. Ötən ilin 19 sentyabrında isə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdılar. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki şəxs həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, respublikamızın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı”.

Millət vəkilinin sözlərinə görə, cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular:

“Antiterror tədbirləri nəticəsində mülki əhaliyə heç bir zərər dəymədi. Bu o deməkdir ki, ordumuz humanitar qaydalara yüksək səviyyədə əməl etdi. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edildi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızı yüksəltdi, Azərbaycanın Zəfər tarixi ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı”.

Samir Vəliyev qeyd edib ki, xalqımız bu müqəddəs mübarizədə də Ali Baş Komandan və ordumuzun ətrafında yumruq kimi birləşdi:

“Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğuladılar. Təəssüf ki, həmişəki kimi radikal mövqedə olan partiyalar birgə bəyanata qoşulmayaraq öz “simalarını” bir daha nümayiş etdirdilər”.

Deputat deyib ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı sərəncamla 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur:

“Ötən dövrdə bu şəhərlərin bərpası istiqamətində möhtəşəm işlər görülür. Artıq minlərlə insan doğma yurdlarına qayıdaraq Qarabağın dirçəllişində yaxından iştirak edirlər.

Beləliklə, Qarabağdakı antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olundu. Bu, böyük zəfərdir! Qarşıda hələ də hədəflərimiz var və inanırıq ki, xalqımız və dövlətimiz Prezident İlham Əliyevin lideriyi ilə yeni zəfərlərə doğru inamla irəliləyəcək!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью