Vəziyyət təhlükəli nöqtəyə yaxınlaşır Zaxarova

04.04.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Moskva beynəlxalq ictimaiyyətin diqqətini Buşehr Atom Elektrik Stansiyasındakı vəziyyətin getdikcə təhlükəli bir nöqtəyə yaxınlaşmasına yönəltmək üçün bütün səylərini göstərir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlayıb. 

Diplomat vurğulayıb ki, ən pis vəziyyətdən hələ də qaçmaq olar: "Amma bunun baş verməsi üçün Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, İrandakı nüvə obyektlərinə zərbələr dərhal dayandırılmalıdır".

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью