Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə “Qafqazinfo”ya xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Vəziyyətində heç bir yenilik yoxdur, ağır-stabil olaraq qalır. Allahın izni ilə yaxşı olar. Çox çətindir”, - deyə o bildirib.
Qeyd edək ki, bir həftə öncə səhhəti pisləşən A.Babayevin müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.