Vəziyyəti ağır olduğu deyilən Ailadan xəbər var

31.01.2025

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".

Demokrat.az bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.

O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:

"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью