Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Mançester Yunayted” İngiltərə Kubokunda “Brayton”a uduzaraq (2:3) turnirlə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Maykl Kerrik məğlubiyyəti belə şərh edib:
“Məsuliyyət məndədir. Qələbə qazananda yaxşı işlər gördüyümü deyirdilərsə, uğursuzluqda da məndən danışmaqları normaldır. Vəziyyəti başa düşürəm və qaçmıram. Toparlanmağa çalışacağıq”.
“Mançester Yunayted” Premyer Liqaya da uğursuz start verib. Komanda 4 turdan sonra 4 xalla 13-cü sıradadır.