Vəziyyətimiz heç də yaxşı deyil Pezeşkian

24.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İran prezidenti Məsud Pezeşkian mediada çıxışlarının bəzi hissələrinin kəsilməsini tənqid edərək ölkədəki mövcud durumun yaxşı olmadığını etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, Pezeşkian bildirib ki, o, yalan vədlər verməyi və ya ölkədə vəziyyətin çox yaxşı olduğunu söyləməyi bacarmır.

“Açığı, vəziyyətimiz heç də yaxşı deyil. Ancaq bu, mövcud durumun öhdəsindən gələ bilməyəcəyimiz anlamına gəlmir”, – deyə prezident qeyd edib.

O, problemlərin birlikdə və əməkdaşlıq şəraitində həll edilə biləcəyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, ilk növbədə mövcud çətinlikləri etiraf etmək, daha sonra isə onların aradan qaldırılması üçün çalışmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью