Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib.
Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Əlbəttə, bu, iqtisadi kateqoriya olaraq yaxşıdır, ancaq real təsirləri necədir?
Minimum əmək haqqının artmasının hansısa ziyanı da varmı?
Bu barədə iqtisadçı Natiq Cəfərli Gununsesi.info-ya danışıb.
O bildirib ki, bu gün ölkədə vəziyyət kotastrafik deyil, ancaq struktura və sistemdə problemlər var:
“Bu gün vəziyyət kotastrafik deyil. Təbi ki, insanlar küçədə yaşamır, acından ölmürlər. Ancaq problem struktur və sistemdədir bizdə. Məsələn, minimum əmək haqqı məsələsi. Bildirilib ki, il ərzində artırılacaq. Ancaq vöenlə çalışanlar dua edir ki, artmasın. Çünki minimum əmək haqqının iqtisadiyyata ciddi təsiri yoxdur. Bu artan kimi sosial müdafiənin yükü artır. Əmək haqqı artıqca, bu da qalxır. Bunu aradan qaldırmaq lazımdır. 400 manata kim işləyir bu gün? Ən uzağı rayonlarda işləyər kimsə. Bir sözlə, vöenlə çalışanlara yük olmasın deyə qanunvericiliyə baxılmalıdır”, – deyə o, həmçinin qeyd edib.
Orxan Saffari