VHP bələdiyyə seçkilərində iştirak edəcək | Icma.az
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vətəndaş Həmrəyliyi Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.
Bu barədə Bakupost.az -a VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
O qeyd edib ki, artıq partiyanin bələdiyyə seçkiləri seçki qərargahı fəaliyyətə başlayıb: "VHP-nin səlahiyyətlə nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndəsi təsdiq edilib.
Yaxın günlərdə seçkilərdə iştirakla bağlı müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına, ardınca isə bələdiyyələr üzrə namizədlərin müvafiq sənədləri seçki dairələrinə təqdim ediləcək".
Qeyd edək ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.
Zaur, BakuPost Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu