Icma.az bildirir, Gununsesi portalına istinadən.
Milli Məclisdə vitse-spiker Rafael Hüseynovla Xalq şairi Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.
Gununsesi.info bildirir ki, “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün dəvət olunan sabiq deputat, Xalq yazıçısı Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.
Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib.
Xalq yazıçısı Sabir Rüstəmxanlı son bir cümlə demək istəsə də, vitse-spiker imkan yaratmayıb.
“Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz ( Rafel Hüseynov – müəl.) hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”.
Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün başqa gün müraciət edə biləcəyini qeyd edib.