VI Dünya Köçəri Oyunları başa çatdı

07.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunları bir həftəlik gərgin yarışlardan sonra başa çatıb.

“Cebheinfo.az” xəbər verir ki, köçəri xalqların idman növlərini, mədəni irsini və ənənələrini yaşatmaq məqsədilə 2014-cü ildə təsis olunan bu beynəlxalq tədbir səkkiz ildən sonra yenidən doğulduğu ölkəyə qayıdıb.

İlk Dünya Köçəri Oyunlarında 19 ölkədən 583 idmançı 10 idman növü üzrə mübarizə aparmışdı. Bu il isə yarışlarda 104 ölkədən 3 minə yaxın idmançı 43 müxtəlif növ üzrə qüvvəsini sınayıb. Proqrama atlı oxatma, qartalla ovçuluq, at üstündə güləş, kəndirçəkmə, sümük sındırma və ənənəvi zəka oyunları daxil edilib. Ən böyük maraq doğuran yarışlardan biri kökbörü olub. Bu oyunda atlılar təxminən 30 kiloqramlıq keçi cəsədini rəqib komandanın hədəfinə çatdırmağa çalışırlar.

Konsertlər, xalq sənətkarlığı sərgiləri və mədəni tədbirlərlə oyunlar əsl turizm festivalına çevrilib. Yarışların təşkili üçün 3,84 milyon ABŞ dolları ayrılıb ki, bunun da 730 min dollarını mükafat fondu təşkil edib. Kırçın etnoşəhərciyini ziyarət edənlərin sayı 200 mini ötüb. Turnirin finalında Qırğızıstan millisi kökbörü üzrə Qazaxıstanı 12:0 hesabı ilə məğlub edərək çempion olub.

Beləliklə, VI Dünya Köçəri Oyunları həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan anlarla zəngin möhtəşəm mədəni-idman bayramı kimi tarixə düşüb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью