VI İslam Həmrəyliyi Oyunları: Boksçumuz yarımfinala yüksəlib

06.11.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan boksçusu Aynur Mikayılova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 57 kq çəkidə döyüşən milli üzvü 1/4 finalda Hadeel Aşuru (Səudiyyə Ərəbistanı) məğlub edib.

O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Mikayılova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, boksçumuz noyabrın 9-da yarımfinalda ilk döyüşdən azad olan Noura Abunabla (Fələstin) qarşılaşacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью