VI turun 2 oyunu

28.09.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında dünən VI tur çərçivəsində daha iki oyun keçirilib. “Şamaxı” doğma azarkeşlər önündə “Araz-Naxçıvan”ı qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.

“Neftçi” Bakıda “Karvan-Yevlax”ı qəbul edib. “Neftçi Arena”da keçirilən qarşılaşmada da heç-heçə qeydə alınıb.

Xəbər verdiyimiz kimi, turun əvvəlki oyunlarında “İmişli” “Zirə” ilə heç-heçə edib - 1:1, “Qarabağ” isə “Qəbələ”yə qalib gəlib – 2:0.

Turun digər iki oyunu sabah baş tutacaq.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью