“Vialon” çıxmayan sakinləri daşlayır Yaralı VAR VİDEO

26.04.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bakıda “Vialon”MMC-nin Əlibəy Hüseyinzadə 75 ünvanındakı qeyri-qanuni söküntü işləri davam edir.

Sakinlərin Bakupost.az-a verdiyi məlumata görə, söküntü işlərinin miqyası böyüyüb.

Belə ki, sözügedın ünvanda aparılan söküntü işləri zamanı həyətdə olan qadının başına daş parçaları düşüb.

Əraziyə təcili tibbi yardım çağrılıb. Halı pisləşən qadına ilkin tibbi yardım göstərilib.

Yaranmış vəziyyətə baxmayaraq söküntü işləri davam etdirilib.

Məsələni dəqiqləşdirmək üçün sözügedən şirkətlə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.

Bəhs olunan görüntüləri təqdim edirik.

AYXAN,

BakuPost.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью