“Victoria Secret`s”in modeli görünüşü ilə müzakirə yaratdı Fotolar

26.04.2025

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Victoria Secret`s”in modeli görünüşü ilə müzakirə yaratdı - Fotolar

Bir zamanlar reytinqləri alt-üst edən “Amerikalı Top Model” realiti-şousunun aparıcısı və “Victoria Secret`s”in modeli Tayra Benks son halı ilə müzakirələrə səbəb olub.

OLAY yazır ki, 51 yaşlı podium ulduzu çox dəyişilmiş görünüşü ilə 

Los-Ancelesdə “Daily Front Row Fashion LA Awards”a qatılıb. Tayranı görənlər onun gizlincə plastik əməliyyat keçirməkdə şübhələnib.

Mükafat mərasimində “stil ikonu” seçilən Tayranın üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Bununla bağlı Benks heç bir şərh verməyib. 

Qeyd edək ki, modelin özü də əvvəllər kosmetologiya və cərrahi müdaxilələrə dəstək verdiyini bildirib. Onun fikrincə, qadınların xarici görünüşü ilə istədiklərini etmək hüququ var. 

Xatırladaq ki, keçən il Tayra Banks uzun müddətdən sonra ilk dəfə podiuma qayıdıb, altı ildən sonra ilk “Victoria's Secret” şousunun podiumuna çıxıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью