Victorias Secretin mələyi Adriana Lima ərə getdi

19.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Victoria's Secret"in "mələyi", supermodel Adriana Lima prodüser Andre Lemmerslə ailə qurub.

Oxu.Az-ın məlumatına görə, ulduz bu xəbəri "Instagram" hesabında paylaşıb.

43 yaşlı Adriana Lima Andre Lemmerslə əl-ələ tutduqları fotonu paylaşaraq, "Rəsmən xanım Lima Lemmers, həmçinin Limers kimi tanınır", - deyə şəkli şərh edib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Adriana Lima və Andre Lemmersin oğulları dünyaya gəlib. Onlar körpəyə Sayan adını qoyublar.

Xatırladaq ki, Adriana Lima bundan əvvəl serb basketbolçusu Marko Yariçlə evliliyindən Valentina və Sienna adlı iki qız anasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью