Vida mərasimində məscidə başıaçıq gələn məşhurları tənqid etdi

04.02.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli aparıcı və prodüser Armağan Çağlayan məşhur xanım simaların yas məclislərinə başıaçıq qatılmasını sərt tənqid edib.

Axşam.az xəbər verir ki, bu haqda parıcı sosial şəbəkə hesabında yazıb. O bildirib ki, xanımlar vida mərasimlərinə qatılarkən başlarını bağlamalıdırlar:

"Bir dinin müqəddəs məkanına girərkən o dinin tələblərinə əməl etməliyik. Məscidin həyətinə girərkən İslam dininin qaydaları nəyi tələb edirsə, onu yerinə yetirməliyik. Necə ki, xaricdə kilsələrə şapka ilə girilmirsə, məscidin həyətində də başıaçıq olmaq düzgün deyil. Sizin inanclarınız fərqli ola bilər, amma daxil olduğumuz müqəddəs məkanlarda oradakı digər insanları narahat etməyə heç kimin haqqı yoxdur".

Belə ki, bir müddət əvvəl mərhum müğənni Fatih Ürekle vida mərasimində Gülbən Ergən və bir neçə xanım başıaçıq görüntülənmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью