Vidadi Rzayev: “Artıq “Sabah” liqada “Qarabağ”a meydan oxuyur”

26.01.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev Misli Premyer Liqasının 17-ci turunda keçirilən oyunları şərh edib.

Bu barədə AZƏRTAC-da danışan mütəxəssis “Şamaxı”nın “Qəbələ”yə məğlubiyyətini gözlənilməz adlandırıb:

“Şamaxı”nın 0:4 hesabı ilə uduzması mənim üçün sürpriz oldu. Daha bir təəccüblü hesab “Kəpəz”in “Qarabağ”ı səfərdə məğlub etməsi oldu. “Aynraxt”la ağır görüşdən sonra Qurban Qurbanovun heyətdə dəyişiklik edəcəyi gözlənilirdi. Lakin meydana çıxan ikinci heyət baş məşqçinin ümidlərini doğrultmadılar. Çünki onlar arasıda millisinin üzvləri var. “Kəpəz”in qələbəsini kölgə altında salmaq istəmirəm. Gəncə təmsilçisinin liqada qalacağını gözləyirəm. Ən çətin vəziyyət 6 xalla sonuncu pillədə olan “Karvan-Yevlax” komandasındadır”.

58 yaşlı mütəxəssis çempionluq uğrunda mübarizənin iki komanda arasında getməsinin sevindirici hal olduğunu bildirib:

“Artıq “Sabah” liqada Ağdam klubuna meydan oxuyur. Onlar çox yaxşı formadadırlar. Kaş ki, beş-altı komanda çempionluq üçün mübarizə aparardı”.

Qeyd edək ki, Misli Premyer Liqasına 40 xalla “Sabah” başçılıq edir. “Qarabağ” 36 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью