Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb.
“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.
Bildirilib ki, Vidadi Zeynalov 2015-ci ilin noyabr ayında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub.
İttihamda V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham olunub.
2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib.